Mövzu ilə bağlı Politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, Azərbaycan da Nürnberq prosesi başlatmalıdır:
"Düşünürəm ki, Azərbaycan Nürnberq prosesi başlatmalıdır. Faktiki olaraq müharibə, cinayətlər, işğal, ölkəyə yetirilən zərər, 30 ildir ki itirilmiş mənfəət , 30 ildir ekoloji cəhətdən talan, insanlara qarşı işgəncələr, insanların deportasiyası və soyqırımı var. Bütün bunları da həyata keçirən bir qrup şəxs. Bu şəxslər keçmiş Ermənistan dövlət rəhbərliyi, cinayətkar dəstə rəhbərliyidir. Bu cinayətkarların bir hissəsi həbs edilib. Aydın məsələdir ki, onlara qarşı bir proses getməlidir. Həbs olunanlardan daha çox Ruben Vardaryan göstərilir amma bizə fərqi yoxdur. O, maliyyə yardımı göstəribdirsə, digərləri bibaşa bu proseslərdə iştirak edib. Necə ki Nünberqdə Faşist Almaniyası Nasistlərin həmin dövrdə insanlıq əleyhinə cinayət törətmiş üzvləri mühakimə olundular, bu şəkildə Azərbaycan da Nürnberq prosesi keçirtməli və bütün dünyada bunlar elan olunmalıdır. Bu proseslərə Ermənistandan, Rusiyadan, Fransadan, ABŞ-dən mane olanlar olacaq. Maraqlıdır ki , Ermənistan hakimiyyəti bəzən daxili mübarizədə Paşinyanın mübarizə apardığı Vardanyan hakimiyyəti ilə hansısa siyasi şəkildə onları müdafiə etməyə çalışır. Hər tərəfdən biz Rusiyanın da onları müdafiə etdiklərini görürük. Hətta Vardanyanı Rusiya vətəndaşı kimi təqdim ediblər. Halbuki əvvəl onu tanımadıqlarını, vətəndaşlıqdan çıxartdıqlarını demişdilər. Digər tərəfdən ABŞ və Avropadan daha fərqli yanaşma var. Bir tərəfdən Rusiyanı Ukraynaya qarşı müharibə cəhətdən ittiham edirlər, digər tərəfdən Rusiyanın gizli yollarla silah-sursat almasında, çirkli pulların yuyulmasında iştirak edən Vardanyanı müdafiə edirlər. Bütün bu detallar müzakirə edilməlidir".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31