Azərbaycan əhalisinin pərakəndə ticarət dövriyyəsində yanvar-fevral ayları üzrə avtomobil benzini və dizel yanacağına xərclədiyi məbləğin hesabatı bəlli olub.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan əhalisi son 2 ayda avtomobil benzini və dizel yanacağına 523,1 milyon manat pul xərcləyib. Ötən ilin eyni dövrü ilə müqayisədə əldə olunan nəticə 6,7% çoxdur.
Məlumata görə, məhsul qrupları üzrə ticarət dövriyyəsinin 5,7 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Sərvanə Rəmixanova