RU

Kurskda nə baş verir? – Zelenski açıqladı

Ukrayna ordusu Kursk vilayətində ona verilən tapşırıqları yerinə yetirir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Kursk vilayətindəki qoşunlarımız öz missiyasını yerinə yetirirlər. Ruslar açıq-aşkar bizim qoşunlara maksimum təzyiq göstərməyə çalışırlar. Hərbi komandanlıq üzərinə düşəni edir - əsgərlərimizin maksimum həyatını xilas edir”, - Zelenski bildirib.

Qeyd edək ki, bu gün Ukrayna ordusunun Kursk vilayətinin Suca şəhərini tərk etdiyi ilə bağlı məlumat yayılıb.

Избранный
17
1
axar.az

2Источники