RU

“Neftçi”nin bürünc mövsümünün futbolçusu vəfat edib

“Neftçi” və “Kəpəz”in sabiq futbolçusu Boris Falkovski vəfat edib.

İdman.biz xəbər verir ki, rusiyalı futbol veteranı 85 yaşında ölüb.

Tomskda vəfat edən Falkovski sabah dəfn olunacaq. Futbolçu və məşqçilik fəaliyyəti ilə tanınan rusiyalı karyerası ərzində Azərbaycan komandaları ilə yanaşı, Mahaçqalanın “Temp”, Vladiqafqazın “Spartak”, Tomskın “Torpedo” klublarında da oynayıb. Falkovski sonradan “Tom”un uşaq komandasının yaradıcısı və baş məşqçisi olub.

Qeyd edək ki, Falkovski 1963-66-cı illərdə “Neftçi”də (həmin vaxt “Neftyanik”) çıxış edib. O, “ağ-qaralar”ın bürünc qazandığı tarixi 1966-cı il mövsümünün əvvəlində 3 oyun keçirdikdən sonra “Kəpəz”ə keçib. 1966-68-ci illərdə həmin vaxt “Dinamo” adlanan Gəncə təmsilçisinə keçib, bu komanda ilə tarixi uğurda pay sahibi olaraq güclülər dəstəsinə vəsiqə qazanıb və orada da çıxış edib.

İdman.biz

Избранный
20
idman.biz

1Источники