RU

Hindistan ötən il 812 ton qızıl alıb

Bakı, 12 mart, AZƏRTAC

Hindistan 2024-cü ildə 58,1 milyard dollar dəyərində 812 ton qızıl idxal edib.

AZƏRTAC xəbər verir ki, ölkənin Ticarət və Sənaye Nazirliyinin məlumatına görə, fiziki ifadədə idxal 9 faiz, dəyər ifadəsində isə 36 faiz artıb. Əsas tədarükçülər İsveçrə (21,5 milyard dollara 274 ton) və Birləşmiş Ərəb Əmirlikləri (12,9 milyard dollara 164 ton) olub.

Hindistan dünyanın ən böyük qızıl istehlakçılarından biridir və özü demək olar ki, qızıl istehsal etmir. “World Gold Council” analitik agentliyinin məlumatına əsasən, 2024-cü ildə Hindistanda qızıla olan istehlak tələbi 803 ton təşkil edib. Daha 73 tonu ölkənin mərkəzi bankı alıb.

Избранный
21
azertag.az

1Источники