Bu gün Bakıda 17 yaşadək qız futbolçular arasında Avropa çempionatının II seçmə mərhələsinin B Liqasının 2-ci qrupunda mübarizə başlayıb.

Offsideplus.az saytı xəbər verir ki, Azərbaycan yığmasının startı uğursuz alınıb.

Nərgiz Qurbanovanın yetirmələri ilk turda Lüksemburqla oyunda darmadağına məruz qalıblar - 0:5

Yığmamız qrupda daha 2 görüş keçirəcək. Rəqiblər Bolqarıstan (15 mart) və Malta (18 mart) komandalarına qarşı çıxış edəcəklər.

U-17-nin bütün oyunlrı Bayılda yerləşən ASCO Arenada keçirilir.

I tur

Azərbaycan - Lüksemburq 0:5

Hanna Ditrix, 7; Çarlie Maqalyaes, 53; Lisa Daffiks, 63; Karmen Kirps, 89; Amelie Feil, 90