RU

"Hüsnünə Aşiq" adli qrup sərgisi Xətai Sənət Mərkəzində təqdim olunacaq

Xətai Sənət Mərkəzində "Shatu art group" tərəfindən təşkil olunan "Hüsnünə aşiq" adlı qrup sərgisində miniatür, təzhib, xəttatlıq və rəngkarliq əsərlərləri ilə bərabər xalq sənəti nümunələri-təkəlduz, qurama, bədii tikmə, saplarla mismar üzərində işləmə və s. təqdim olunacaq .

Məqsəd mənəvi dəyərlərimizi unutdurmamaq və gələcək nəsillərə ötürməyə xidmətdən ibarətdir. 

Açiliş: 15 mart 2025-ci il saat 13:00
Şərgidə iştirak edən rəssamlarımız :  
Ayten Əliyeva Filoqrafiya sənətcisi
Fadime Yildirim Təzhib sənətcisi
Fatimə Babayeva Rəssam
Gülhan Baydəmir Xəttat
Məryəm Bağırlı Ebru sənətcisi
Pərvanə İsayeva Rəssam
Rəşad Rəyyan Quran Qarisi, Xəttat
Sabina Nadir Rəssam
Sahilə Rəxdari Rəssam
Turan İlham Rəssam -sənətsunas
Vusale Qasimova Rəssam
Vusalə Osmanova Bədii tikmə sənətcisi
Zaur Orucov Sənətsunas

Miniatür -təsvir üsulu olmaqla bitki, heyvan, insan və ya  məkan təsvirlərindən ibarətdir. Dövrünün sənət anlayışına görə əsasən iki ölçülü və perspektivsiz hazırlanmış təsvirlərdir.
Təzhib Türk və İslam dünyasında yaranmış incəsənət növdür əsasən üslublaşdırılmış bitki formaları, ya da müxtəlif dizaynlardan ibarət olan simmetrik əsərlərdir. Xəttatlıq və ya kalliqrafiya-müasir dövrdə bəzi dini yazılarda, xüsusi sənəd yazılışında, dəvətnamələrdə, yubiley və şənlik təbriklərində, qrafik işlərdə, daş yonmalarında və tarixi sənədlərin təkrarında,

həmçinin televiziya monitor yazılarında, müəyyən xasiyyətnamələrdə və əllə yazılması nəzərdə tutulan sənədlərdə istifadə edilir.

Təkəlduz-tikmə rəngli qalın parça üzərində qarmaqla icra olunan ornamentli bədii tikmə üsuludur. Qurama- müxtəlif parça hissələrinin bir-birinə pərçimlənməsi ilə başa gələn dekorativ əhəmiyyət bu tikmə üsuludur. Bədii tikmə -bədii materiallardan istifadə edilməklə tikiş tikmək üsulu ilə toxuma üsuludur. Filoqrafiya- saplarla mismar üzərində işləmə üsuludur.

Избранный
11
milli.az

1Источники