RU

Polad Rzayev paralimpiyada ömürlük iştirak hüququ qazandı

Azərbaycan paralimpiyaçısı Polad Rzayev ABŞ-nin Kolorado ştatında Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) tərəfindən keçirilən tibbi təsnifatda iştirak edib.

Fanat.Az xəbər verir ki, o, paralimpiyanın dağ xizəyi idman növündə LW3 kateqoriyası (dizdən aşağı iki ayağın amputasiyası) üzrə ömürlük iştirak hüququna yiyələnib.

Beləliklə, Polad beynəlxalq yarışlarda və Qış Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran turnirlərə qatıla biləcək. Onun yarışlara hazırlığı və iştirakı üçün Milli Paralimpiya Komitəsi ilə Azərbaycan Qış İdman Növləri Federasiyası arasında qarşılıqlı əməkdaşlıq qurulub.

Избранный
23
5
fanat.az

6Источники