Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəxsi təşəbbüsü və rəhbərliyi ilə şəhərdə yaşıllıqlara xüsusi diqqət verilir,yaşıllıqların qorunması, yaşıllıqların suvarılması fasiləsiz həyata keçirilir. Bu gün şəhər rəhbərliyi,hüquq-mühafizə orqanları,bələdiyyə,YAP sədrləri şəhərin İncillidə salınmış yaşıllıq ərazisinə baş çəkiblər. Ərazidə hələ işlər başa çatmayıb,işlər aparılır,ərazi təmizlənir,yeni əkilmiş 1050 şam ağacları suvarılır,ətrafları təmizlənir.
Ekologiya.az-ın xəbərinə görə, icra baıçısı bu ərazinin daha təmiz və abadlaşması üçün aidiyyəti qurum rəhbərlərinə öz tapşırıq və tövsiyyələrini verib.