RU

Suriyada keçid dövrünün nə qədər davam edəcəyi açıqlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Suriyada keçid dövrü üç ildən beş ilə qədər davam edə bilər. Hakimiyyət səlahiyyətlərinin əksəriyyəti isə ölkə prezidentinə məxsus olacaq.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Al Jazeera" telekanalı konstitusiya bəyannaməsi layihəsinə istinadla xəbər verib.
Kanalın mənbələrinin məlumatına görə, konstitusiya bəyannaməsi layihəsinə əsasən, Suriya prezident respublikası olacaq. Bəyannamədə ölkə qanunvericiliyinin islam hüququ prinsiplərinə əsaslanacağı müəyyən edilir. Həmçinin qeyd olunur ki, milli ordunun əsas vəzifəsi "vətəni və Suriya vətəndaşlarını qorumaq, ölkədə vətəndaş sülhünü qorumaq" olacaq. Yalnız dövlət qurumlarının nümayəndələri silah daşıya biləcəklər.
Telekanal qeyd edib ki, konstitusiya bəyannaməsi layihəsi ölkənin əvvəlki konstitusiya nəşrlərinə, xüsusilə də 1950-ci il Əsas Qanununun prinsiplərinə əsaslanır.
Xatırladaq ki, dünən Suriyanın keçid hökuməti tərəfindən formalaşdırılan Konstitusiya Komitəsi konstitusiya bəyannaməsi layihəsinin hazırlanmasını başa çatdırıb. Göstərilən sənəd Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd Əş-Şaraaya təqdim edilməlidir.
Martın 2-də Əş-Şaraa konstitusiya bəyannaməsinin hazırlanması üçün yeddi ekspertdən ibarət komitə yaradıb.
Избранный
59
3
oxu.az

4Источники