RU

Tramp Paşinyanı bağışlamadı

Donald Tramp administrasiyası ilə normal münasibətlər qurmaq imkanı olmadığından Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-dən ümidini kəsib.

Publika.az xəbər verir ki, bu barədə “Past” yazıb.

Erməni nəşri bildirib ki, bunun səbəbi İrəvanın ABŞ-də keçirilən son prezident seçkilərində Demokratlar Partiyasının namizədi Kamala Harrisi dəstəkləməsidir:

“Heç bir nüfuzlu Amerika rəsmisi respublikaçılara düşmən hesab edilən, hətta erməni icması daxilində Trampa qarşı kampaniya aparan səfir Lilit Makuntsla görüşmək istəmir”.

Mənbənin fikrincə, hər şeydən xəbərdar olan Prezident Donald Tramp bunu Ermənistan baş nazirinə keçmək fikrində deyil:

“Tramp administrasiyası ilə bütün əlaqəni itirən Paşinyan indi hətta Avropaya yox, açıq şəkildə hiss olunan əlaqələr yaratdığı Britaniyaya ümid edir. Paşinyan Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin rəhbəri Riçard Murla bir neçə dəfə görüşüb. Mur Ermənistana səfər də edib. Paşinyan Londona elçiləri göndərərək Britaniya hakimiyyətinin dəstəyini qazanmağa çalışır. Murun həm də Türkiyə ilə isti münasibətləri var”.

Избранный
31
1
publika.az

2Источники