"Xetafe" - "Atletiko Madrid" oyununda hakimə qarşı hörmətsizlik edən Anxel Korrea cəzalandırılıb.

Offsideplus.az xəbər verir ki, İspaniya Futbol Federasiyası İntizam Komitəsi "Atletiko"nun oyunçusunu 5 oyun cəzalandırıb.

Xatırladaq ki, argentinalı futbolçu matçın 88-ci dəqiqəsində qırmızı vərəqə aldığı üçün baş hakimə qeyri-etik ifadələr səsləndirmişdi. 

Korrea qarşılaşma bitdikdən sonra açıqlama verərkən "Mən çox həssas bir vaxtda komandamı azlıqda qoyduğum üçün gərgindim və ən pis şəkildə qarşılıq verdim deyərək" hakim Kuadra Fernandezdən üzr istəmişdi.