Bakıda minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi baş tutub.
Offsideplus.az xəbər verir ki, ölkəmizdə keçiriləcək mundialda 32 komanda 8 qrupda yer alıb.
A qrupunda mübarizə aparacaq millimizin rəqibləri Mavritaniya, Sloveniya və Bəhreyn olub.
A qrupu: Azərbaycan, Mavritaniya, Sloveniya, Bəhreyn
B qrupu: Rumıniya, Fransa, Çad, Özbəkistan
C qrupu: Macarıstan, Ukrayna, İngiltərə, Türkiyə
D qrupu: Slovakiya, Bolqarıstan, Portuqaliya, Hindistan
E qrupu: Meksika, Monteneqro, Tayland, Kosta Rika
F qrupu: Qazaxıstan, ABŞ, Bosniya və Hersoqovina, Polşa
G qrupu: Çexiya, Gürcüstan, BƏƏ, Argentina
H qrupu: Serbiya, Qana, İspaniya, İsrail
Qeyd edək ki, Bakıda baş tutacaq dünya çempionatı mayın 21-də start götürəcək.