Bakı.Trend:
“Microsoft” şirkəti bu il oktyabrın 14-dən etibarən "Windows 10"əməliyyat sistemi üçün təhlükəsizlik yeniləmələrinin buraxılışınıdayandıracağını elan edib. Bu, o analama gəlir ki, adıçəkilənəməliyyat sistemi ilə çalışan milyonlarla kompüter kiberhücumlaradaha həssas olacaq.
Trend xəbər verirki, bu barədə "Digital Trends" (DT) məlumat yayıb.
Bu elan "Windows 11" əməliyyat sisteminin daha dapopulyarlaşmasına şərait yaradacaq. Belə ki,“StatCounter” analitikşirkətinin məlumatlarına görə, "Windows 11"-in bütün dünya üzrəistifadə payı 38,2 faizə yüksəlib.
Digər tərəfdən, təhlükəsizlik yeniləmələri dayandırılacağı elanolunan “Windows 10” əməliyyat sisteminin dünya üzrə payı 2025-ciilin fevral ayında 60 faizdən də aşağı səviyyəyə düşüb (58,7%).