RU

Müşfiq Abbasov bahalı iftar süfrələrini TƏNQİD ETDİ

Yazıçı Müşfiq Abbasov sosial şəbəkə hesabında Ramazan ayında bəzi insanların iftar süfrələrindəki dəbdəbəyə və israfa diqqət çəkib. 

“Bakuinfo” News24.az-a istinadən xəbər verir ki, o, paylaşımında bahalı restoranlarda təşkil olunan iftar yeməklərinin əsas mahiyyətə zidd olduğunu vurğulayıb:

"Bahalı yeməklər, steyklər, kilosu yüz manatdan baha olan xurmalar, ləziz çərəzlər, tapılmayan ikralar... Maraqlısı odur ki, bütün haram yeyənlər indi oruc tutur. Özü də hamısı bir-birinin bəhsinə. Evimizin altında 'ETÇİ UMUT' restoranı yerləşir. Bu günlərdə qarşısında saysız-hesabsız bahalı maşınlar dayanır. Allahı tanımayanlar oruc adı ilə guya günahlarını yuyurlar. 4 nəfərlik iftarın hesabı 1500 manatdan yuxarıdır. Halbuki 1500 manatla yüz ac adamı doydurmaq olar.Tanrı bu dəbdəbəni görürsə, vallah gələcəkdə oruc tutmağı haram buyuracaq"  – deyə, yazıçı qeyd edib.

Избранный
5
1
bakuinfo.net

2Источники