RU

Nümayəndələr Palatası müvəqqəti büdcə layihəsini qəbul etdi

ABŞ Nümayəndələr Palatası federal hökumətin bağlanmasının qarşısını alacaq müvəqqəti büdcə layihəsini qəbul edib. Metbuat.az xəbər verir ki, respublikaçıların təqdim etdiyi qanun layihəsi səsə qoyulub. Sənədin lehinə 217, əleyhinə 213 səs verilib. Büdcə layihəsi Senatda da qəbul olunarsa, Prezident Donald Tramp onu imzaladıqdan sonra qanun qüvvəyə minəcək. Qeyd edək ki, ABŞ qanunlarına görə, Konqres oktyabrın 1-də başlayan və sentyabrın 30-da başa çatan maliyyə ili üçün büdcəni vaxtında təsdiq edə bilmirsə, buna qədər olan müddət müvəqqəti büdcələrlə əhatə olunmalıdır.

Müvəqqəti büdcənin təsdiq edilə bilməyəcəyi dövrlərdə federal hökumət xərcləmə səlahiyyətini itirir və həyati əhəmiyyətli xidmətlər istisna olmaqla, bütün fəaliyyəti dayandırmağa məcbur olur.

Избранный
17
metbuat.az

1Источники