RU

Obamadan şikayətləndi

ABŞ-nin keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama ərindən şikayətlənib.

Ölkə.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Mişel həyat yoldaşının daim hər yerə gecikdiyini bildirib:

“Daim gecikmək Barak Obamanın ən pis vərdişlərindən biridir”.

“Mənim bir ərim var ki, getmə vaxtı olanda qəflətən qalxıb tualetə gedir! Ona deyirəm: “Əgər üçdə çıxırıq deyiriksə, bu o deməkdir ki, sən artıq hər şeyi etmisən, bilirsənmi? Çıxmalı olduğumuz anda eynəyini axtarmağa başlama!”, - ABŞ-nin keçmiş birinci xanımı ərini zarafatla danlayıb.

Qeyd edək ki, 1992-ci ildə ailə quran cütlüyün Malia və Saşa adlı iki qızı var.

Избранный
6
6
olke.az

7Источники