RU

Vlahoviç Premyer Liqa yolunda

"Yuventus"un hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Arsenal" serbiyalı futbolçunu transfer etmək istəyir.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Topçular" Vlahoviçi yayda heyətinə qatmağı planlaşdırır.

Premyer Liqa təmsilçisi 25 yaşlı forvard üçün tələb etdiyi 25 milyon funt-sterlinqi gözdən çıxarıb.

Xatırladaq ki, "Yuventus" Duşan Vlahoviçi 2022-ci ilin yanvar ayında "Fiorentina"dan transfer edib.

Qeyd edək ki, Serbiya millisinin üzvü bu mövsüm "qoca sinyora"nın heyətində meydana çıxdığı 34 rəsmi matçda 14 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Van Persi: "Komandamla fəxr edirəm"

Keyndən unikal nailiyyət

“Liverpul”da ciddi İTKİ

“Liverpul” Almaniya millisinin üzvü ilə maraqlanır

PSV-dən azarkeşlərinə jest

Избранный
6
apasport.az

1Источники