RU

“Qarabağ” və “Neftçi”nin sabiq oyunçuları Lənkəranda nə etdi? - VİDEO

II Liqada 15-ci turun ən maraqsız oyunlarından biri Lənkəranda keçirilib.

Ev oyunlarına qonşu rayonda çıxan «Lerik» növbəti məğlubiyyətini «Haypers»dən alıb.

Qarşılaşma başdan-ayağa Quba təmsilçisinin üstünlüyünə səhnə olub. İlk dəqiqələrdən hücuma atılan qonaqlar artıq 15-ci dəqiqədə hesabı açıb.

Qapıçıyla üzbəüz qalan sabiq «Qarabağ»lı İbrahim İbrahimli fürsəti qaçırmayıb. «Haypers» fasiləyədək həmlələrini davam etdirib, Cavidan İzzətli «Lerik»i bir neçə dəfə qoldan qurtarıb.

İkinci hissədə fərqli bir şey olmayıb, «Lerik» mərkəzi keçə bilməyib.

Hesabı bərabərləşdirməyə cəhd göstərməyən nominal ev sahibləri yalnız ilk 1 saatdan sonra rəqibin qapısına yaxınlaşıb: elə də güclü alınmayan zərbə «çərçivə»dən xeyli aralı keçib.

«Haypers» növbəti iki qolu 80-90-cı dəqiqələr aralığında vurub. Nicad İsmayılovui aşkar qol vurmaqdan məhrum edən Valid Yusubzadə birbaşa qırmızı vərəqə alıb.

Penalti nöqtəsinə yaxınlaşan Cavid İmamverdiyev fərqi artırıb. Millinin və «Neftçi»nin keçmiş yarımmüdafiəçisi bir qədər sonra cinah ötürməsini gözəl zərbəylə tamamlayıb.

«Lerik» yalnız son 2-3 dəqiqədə təsəlli qoluna yaxın olub. Cənublular həmin arada iki imkan əldə edib, amma tablodakı rəqəmləri dəyişdirə bilməyiblər.

SPORTİNFO.AZ

“Lerik” – “Haypers” 0:3
Qollar:
İbrahim İbrahimli, 15; Cavid İmamverdiyev, 80 (pen), 90
Lənkəran OİK stadionu. 70 tamaşaçı
Baş hakim: Şamil İmanzadə
Baş hakimin köməkçiləri: Rasim Axundov, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Niyaz Əhmədov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldar Məmmədov
Sarı vərəqələr: Zaur Nuruzadə, 61 (qeyri-idman hərəkəti) // Qeyrət Əliyev, 41 (qeyriidman hərəkəti); Ağabəkir Həşimli, 76 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Lerik”: 1. Cavidan İzzətli 19. Feyruz Bağıyev (k) (23. Cavid Məmmədov, 53) 42. Valid Yusubzadə 11. Ruslan Tağızadə 25. Mehman İbadov 90. Zaur Nuruzadə 6. Cəfər Şahməmmədov (16. Rəşad Zeynallı, 46) 7. Penci Ağazadə 10. Rəvan Quluzadə (5. Kənan Sadıxov, 77) 8. Zeynal Axundzadə 9. Ramiz Bağırov
Ehtiyat oyunçular: 93. Röyal Əlizadə 12. Hafiz Məmmədli 17. Fahil Dostiyev 15. Rəsul Məmmədov 4. Mircavad Ağazadə 14. Murad Əliyev 3. Mirvaleh Hüseynov 2. Yusif Baxşıyev 24. Hüseyn Əkbərli
Baş məşqçi: Vidadi Hüseynov

“Hypers Guba”: 98. Elxan Qasımov 55. Qeyrət Əliyev 10. Cavid İmamverdiyev (k) 5. Kamil Hüseynov 14. İlqar Ələkbərov 25. Baxşəli Baxşəliyev (19. Mətləb Osmanov, 76) 7. Hüseyn Novruzov 88. Nicad İsmayılov 8. İbrahim Nağıyev (6. Xaqan Məmmədov, 85) 70. İbrahim İbrahimli 9. Ağabəkir Həşimli (99. İlham Yarəliyev, 76)
Ehtiyat oyunçular: 35. Fərman Bayramov
Baş məşqçi: Elvin Həsənov

Избранный
18
sportinfo.az

1Источники