RU

“Ukraynanın atəşkəslə razılaşmasını müsbət qəbul edirik” - Ərdoğan

“Rusiya-Ukrayna müharibəsi başlayan gündən bəri Türkiyə olaraq mövqeyimiz aydındır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Polşanın Baş naziri Donald Tuskla keçirdiyi birgə mətbuat konfransında deyib.

Ərdoğan qeyd edib ki, Ukraynanın atəşkəslə razılaşması müsbət qərardır:

“Ukraynanın atəşkəslə razılaşmasını müsbət qəbul edirik. Rusiyanın da konstruktiv cavab verəcəyinə ümid edirik. İnanırıq ki, hər iki qonşumuz müharibəni dinc yolla həll edəcək”.

Избранный
16
1
qafqazinfo.az

2Источники