RU

Ərdoğandan Ukrayna açıqlaması: Müsbət hadisədir!

Türkiyə Ukraynanın atəşkəsə razılaşmasını müsbət addım hesab edir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Ukraynanın atəşkəsə razılaşmasını müsbət addım hesab edirik. Ümid edirik ki, Rusiya da konstruktiv reaksiya verəcək,” – deyə Ərdoğan bildirib.

Ərdoğan həmçinin bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həll edilməsi istiqamətində müzakirələrə ev sahibliyi daxil olmaqla bütün mümkün dəstəyi verməyə hazırdır.

Избранный
9
axar.az

1Источники