RU

ABŞ Ukraynaya silah tədarükünü tam bərpa etdi: HIMARS və artilleriya mərmiləri yenidən döyüş meydanında - CNN

Ukraynanın ABŞ-dan gözlədiyi kritik silah tədarükü tam bərpa olunub.

Turkustan.az CNN telekanalına istinadən xəbər verir ki, Vaşinqton Kiyevə artilleriya mərmiləri, tank əleyhinə silahlar və HIMARS reaktiv yaylım atəş sistemləri üçün sursat göndərməyə başlayıb.

Mənbənin bildirdiyinə görə, ABŞ administrasiyasının təsdiqlədiyi hərbi yardımlar artıq Ukraynaya doğru yola salınıb. Bəzi silahlar əvvəlcədən Polşada saxlanılırdı və indi birbaşa cəbhə xəttinə çatdırılır.

Bundan əlavə, ABŞ-ın hərbi mütəxəssisləri və texniki heyəti də fəaliyyətini bərpa edib. Onlar Ukraynadakı qabaqcıl silah sistemlərinin texniki xidməti, istifadəsi və təlimi ilə məşğul olacaqlar. Lakin məlum deyil ki, bu mütəxəssislər yardımlar dayandırıldığı zaman Ukraynanı tərk etmişdilər, yoxsa orada qalmışdılar.

Bu qərar Rusiyanın son dövrlərdə artırdığı hücumlar fonunda mühüm bir dönüş nöqtəsi kimi qiymətləndirilir. Ukrayna cəbhədə ağır döyüşlər apararkən, ABŞ-ın yardımlarının bərpası Kiyevə ciddi üstünlük qazandıracaq. Xüsusilə HIMARS sistemləri Ukraynanın düşmən hədəflərini uzaq məsafədən dəqiqliklə vurmaq imkanlarını genişləndirəcək.

Ukrayna Müdafiə Nazirliyi artıq bu yardımların döyüş bölgəsinə çatdırılacağını təsdiqləyib və onların Rusiyanın hücum cəhdlərini neytrallaşdırmaq üçün istifadə olunacağını bildirib.

Bu yardımların bərpası, ABŞ və Ukrayna arasında əldə olunmuş 30 günlük müvəqqəti atəşkəs rejimi ilə bağlı razılaşmanın nəticəsi kimi qiymətləndirilir. Musavat.com xəbər verir ki, Vaşinqton və Kiyev arasında əldə edilən bu anlaşmadan sonra, ABŞ Tramp administrasiyasının yarımçıq dayandırdığı hərbi yardımları və kəşfiyyat məlumatlarının ötürülməsini bərpa etməyə qərar verib. Ukraynanın bu razılaşmaya əməl etməsi müqabilində ABŞ yenidən Kiyevə hərbi-texniki dəstək göstərməyə başlayıb. /musavat.com/

Избранный
18
turkustan.az

1Источники