RU

"Mən fərdi mükafatlar üçün oynamıram" - “Barselona”nın vingeri

“Barselona”nın vingeri Rafinya Dias “qızıl top”la bağlı sualı cavablandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu “qızıl top”a əsas namizədlərdən biri hesab edilsə də, deyəsən, buna çox da əhəmiyyət vermir:

“Mənim məqsədim bu mövsüm “Barselona” ilə mümkün qədər çox kubok qazanmaqdır. Mən fərdi mükafatlar üçün oynamıram, klub üçün, rənglərimiz üçün oynayıram”.

Braziliyalı futbolçu Çempionlar Liqasında növbəti dəfə parlayıb. O, iki qol vuraraq, 1/8 finalın “Benfika” ilə cavab matçının (3:1) qəhrəmanlarından birinə çevrilib.

Rafinya bu mövsüm Çempionlar Liqasının bombardirlər cədvəlinə 11 qol və 5 məhsuldar ötürmə ilə başçılıq edir.

“Barselona” iki oyunun nəticəsinə əsasən 4:1 hesabı ilə qalib gələrək, növbəti mərhələyə adlayıb.

Избранный
45
4
sportinfo.az

10Источники