Almaniyanın Veilhaym şəhərində keçirilən hərracda bir buzov 140 min avroya (təxminən 260 min AZN) satılıb.
“Qafqazinfo” “Bild”ə istinadən xəbər verir ki, idman avtomobili qiymətinə satılan buzov “Fleckvieh” cinsindən olub.
Onun belə yüksək qiymətə satılmasının səbəbi isə damazlıq dəyəri və buynuzsuz olmasından irəli gəlib.
Heyvanın yetişdiricisi Moritz Lidl buzovun sağlam, uzunömürlü öküz olmaq potensialına malik olduğunu və buynuzsuz doğulmasının onu əvəzolunmaz etdiyini bildirib.
Sözügedən buzov yerli KİV və sosial platformalarda viral olub.