RU

Sankt-Peterburqda Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirən şəxs həbs edilib

Sankt-Peterburqun Kuybışevski Rayon Məhkəməsi vətənə xəyanətdə təqsirləndirilən İlya Tarasov Ukrayna Silahlı Qüvvələri üçün silah satın alan fonda 12500 rubl köçürdükdən sonra onu istintaq təcridxanasına göndərib...

Poliqon xəbər verir ki, bu barədə Rusiya şəhər məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

Həmin şəxs mayın 10-na kimi həbs edilib.

İstintaqın məlumatına görə, fevralın sonunda Tarasov Leninqrad vilayətinin Priozersk şəhərində olarkən Ukrayna Silahlı Qüvvələrinə yardım fonduna vəsait köçürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi martın 11-də Sankt-Peterburqda saxlayıblar. Saxlanılan şəxs törətdiyi cinayətdə təqsirli olduğunu etiraf edib.

Poliqon.info

Избранный
24
poliqon.info

1Источники