RU

Ərdoğan Tuska görün nə hədiyyə etdi - FOTO

Polşanın Baş naziri Donald Tusk Türkiyədə rəsmi səfərdədir. SİA xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu iqamətgahında rəsmi mərasimlə qarşılayıb. Mərasimdən sonra Ərdoğan və Tusk arasında ikitərəfli görüş keçirilib.

Tusk sosial media hesabında Ərdoğanın ona verdiyi hədiyyə ilə bağlı paylaşım edib.

“Rəcəb Tayyib Ərdoğan, bu hədiyyəyə görə təşəkkür edirəm. 1745-ci ildə Polşadan Osmanlı baş vəzirinə yazılmış məktub. Ölkələrimiz arasında sülh və dostluq simvolu. Hələ də qüvvədədir”, - Tusk yazıb.

Избранный
38
3
sia.az

4Источники