Türkiyəli aktyor Enis Arıkan məşhur müğənni Ajda Pekkanın bacısı Semiramis Pekkanın yutub proqramında qonaq olub.
“Qafqazinfo” xəbər verir ki, Enis ilk tanış olduqları zaman Semiramisi Ajda ilə səhv saldığını etiraf edib.
“İllərdir Ajda Pekkanın məni çox sevdiyini eşidirdim. Bir gün onunla haradasa görüşməyi xəyal edirdim. Sonra Harbiyedə bir konsertdə rastlaşdığımızı düşündüm. Məni görəcəyini ümid edərək uzun müddət onun ətrafında dolandım, amma ona yaxınlaşmağa çox utandım. Sonra yanına getdim və “mən Enisəm” dedim. O da “Mən də Semiramisəm” dedi. Necə qarışdıra bilərəm deyə özümə əsəbiləşdim”, - Arıkan bildirib.
Semiramis isə “Olur belə şeylər. Bizi birinci ərim də səhv salmışdı”, - deyə Enisi təsəlli edib.
Qeyd edək ki, Semiramis Pekkanın ilk həyat yoldaşı mərhum aktyor Fikret Hakandır.
Onu da əlavə edək ki, Semiramis 77, Ajda isə 79 yaşındadır.
Fotolarda Ajda və Semiramis Pekkan
Fotolarda aktyor Fikret Hakan

