RU

Böyük Britaniya və Fransa Ukraynanın Moskvaya hücumuna kömək edib

Çərşənbə axşamı, martın 11-də Moskvaya iri pilotsuz təyyarə hücumunda Fransa və Britaniya iştirak edə bilər...

Poliqon xəbər verir ki, bu barədə italyandilli L'antidiplomatico portalı yazıb.

“Görünür, ingilislər hələ də danışıqları sabotaj etməyə çalışırlar. Çox güman ki, onların və ola bilsin ki, fransızların Rusiya paytaxtına hücumda əli olub, çünki müasir xarici kəşfiyyatın dəstəyi olmadan bu mümkün olmayacaqdı. ABŞ KiyevMoskva arasında razılığa gəlməyə çalışır, ona görə də onlar gərginliyin daha da artmasında maraqlı deyillər (və üstəlik, onlar Ukrayna qüvvələrini dəstəkləməyi dayandırıblar), məqalənin müəllifi David Malaria yazıb.

Onun fikrincə, Ukraynanın Rusiya paytaxtına hücumunun məqsədi Rusiyanı münaqişəni sülh yolu ilə həll etmək istəməyən kimi təqdim etmək üçün onu cavab addımlarına sövq etməkdir.

Qeyd edək ki, martın 11-nə keçən gecə Rusiya ən kütləvi dron hücumlarından birinə məruz qaldı. Rusiyanın 10 regionunda 343 pilotsuz təyyarə məhv edilib, onlardan 91-i Moskvaya yaxınlaşarkən vurulub.

Poliqon.info

Избранный
8
poliqon.info

1Источники