RU

4 yaşlı uşağın bağırsağından çıxanlar həkimləri ŞOKA saldı - 1 il ərzində...

4 yaşlı uşağın bağırsağından çıxanlar

Şırnakda şiddətli qarın ağrısı şikayəti ilə xəstəxanaya aparılan 4 yaşlı Rumeysa Altundağın bağırsaqlarından çıxan yad cisimlər həkimləri və ailəsini şoka salıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, kiçik qızın bağırsaqlarında və mədəsində bilərzik şəklində 24 rəngli oyuncaq maqnitin olduğu müəyyən edilib. Maqnitlər bağırsaqlarda qismən perforasiyalara səbəb olmuş, nəticədə əməliyyat edilərək uşağın orqanizmindən çıxarılıb.

Həkim çıxarılan maqnitlərin təxminən 1 il əvvəl udulduğunu qeyd edib.

Həkimlər bu cür halların nadir olduğunu bildirib, ailələrə uşaqlarını kiçik maqnitlərdən uzaq tutmalarını tövsiyə ediblər. Çünki bu cür kiçik və cəlbedici oyuncaqlar uşaqlar tərəfindən udula bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az


Избранный
9
e-saglam.az

1Источники