RU

Uşaqları Ancelinanın həddən artıq arıqlamasından narahatdırlar

Dünya şöhrətli Hollivud aktrisası Ancelina Coli o qədər arıqlayıb ki, uşaqları həyəcan təbili çalır.

OLAY yazır ki, sosial şəbəkədə “yeriyən skelet” adlandırılan 49 yaşlı sənətçinin iştahının açılacağı və kökələcəyi ümidi ilə övladları onu supermarketlərdə sürükləyirlər.

“RadarOnline” nəşrinə açıqlama verən ailəyə yaxın gizli mənbə “Onlar birlikdə böyük miqdarda ərzaq məhsulları alırlar və analarını ərzaq mağazası və çörək sexindən müxtəlif ləzzətlərlə şirnikləndirməyə çalışırlar. Onlar birlikdə axşam piknikləri təşkil edirlər. Bütün bunlar Ancelinanın  kökəlməsi üçündür. Çox arıq görünür, topuqları budaq kimidir, amma uşaqların yaxından nəzarəti altında yenə də bir az da olsa yeyir” sözlərini dilə gətirib.

Həkimlər ulduzun əzələ kütləsinin qəfil itirilməsi səbəbindən osteoporoz inkişaf etdirə biləcəyini vurğulayıblar.

Ancelina həmişə incə olub, lakin Bred Pittdən boşanmasının stresindən dolayı bu hala düşdüyü haqda şayiələr yayılıb.

Ən son məlumatlara görə 170 santimetr boyu olan A.Coli hazırda 45 kiloqram çəkidədir. 

Избранный
3
olay.az

1Источники