RU

Milli təhlükə: Hər gün rusların bir milyardı oğurlanır

Telefon dələduzları hər gün ruslardan bir milyard rubla yaxın pul oğurlayırlar.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanında Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvü, süni intellekt sahəsi üzrə ekspert İqor Aşmanov deyib.

O bildirib ki, banklar baş verən bütün oğurluqları nəzərə almır.

Onun sözlərinə görə, bu, ildə yüz milyardlarla rubl edir və hər il bu rəqəm 20-30% artır.

Ekspert qeyd edib ki, fırıldaq şəbəkələrində ən azı 50 min insan işləyir. Rusiya vətəndaşlarına gündə 20 milyon zəng gəlir, yəni hər fırıldaqçı 300-400 zəng edir.

O əlavə edib ki, telefon fırıldaqçılığı milli təhlükəsizlik məsələsinə çevrilir.

Избранный
4
axar.az

1Источники