ABŞ Prezidenti Donald Tramp İrlandiyanın Baş naziri Maykl Martin ilə görüşdə vitse-prezident Vensin corablarına diqqət çəkib.
Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər internet resurslarda yayımlanıb.
“Mən sadəcə inflyasiyadan danışmalıyam. Bu corabları bəyəndim. Diqqətimi cəmləməyə çalışıram, amma vitse-prezidentin corablarına çox heyran oldum”, – Tramp bildirib.
Qeyd edək ki, Vens görüşə İrlandiyanın simvolu olan yonca printli corab geyinib.
Aysel Əliyeva
Mənbə: globalinfo.az