Rusiya Silahlı Qüvvələrinin “Potok” əməliyyatı haqqında filmlər çəkiləcək və kitablar yazılacaq. Bu əməliyyat zamanı rus qoşunları Kursk vilayətindəki Sudjaya qaz kəmərinin içərisi ilə girib. Bunu Helsinki Universitetinin professoru Tuomas Malinen X sosial şəbəkəsindəki (keçmiş Twitter-red.) səhifəsində Rusiya Silahlı Qüvvələrinin son uğurlarını şərh edərkən yazıb.
“Bu haqda kitablar yazılacaq, filmlər çəkiləcək. Bu heyrətamizdir",- o qeyd edib.
Martın 9-da Könüllü Hücum Korpusunun mətbuat xidməti bəyan etmişdi ki, 800-dən çox rus əsgəri Urenqoy-Pomarı-Ujqorod qaz kəmərinin boş borusundan istifadə edərək Sudja şəhərinə daxil olub.
Martın 11-də Kursk vilayətinin qubernatoru Aleksandr Xinşteyn isə bildirib ki, rus əsgərləri 6 gün ərzində boru xətti boyunca 14 kilometr sürünüblər.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural