RU

Pələng meşəbəyini parçaladı - VİDEO

Rusiyada pələng hücumları, yırtıcının yaşayış məntəqələrinə soxulması artıq adi hal alıb. Primoryedə Amur pələngi meşəbəyinə hücum edib. Amur Pələng Mərkəzinin baş direktoru Sergey Aramilev yerli mediaya açıqlamasında deyib ki, meşəbəyini parçalayan  Amur pələnginin hadisə yerinə yaxın ərazidə dolaşması ehtimal edilir. Hətta onun yaralanmış ola biləcəyinə dair əlamətlər də var.

"Axşam Aramilev Amur pələnginin hücumu nəticəsində Primorye tayqasında meşəbəyi ilə bağlı faciəli insident barədə yayılan məlumatı təsdiqləmişdi. Daha sonra regional Təbii Sərvətlər Nazirliyi yırtıcı heyvanın meşəbəyi və onun köməkçisinin arxadan hücum etməsini dəqiqləşdirib. Hazırda onun tutulması istiqamətində əməliyyat aparılır", - "Gazeta" yazıb.

Telegram kanalları yırtıcının meşəbəyini parçaladığı ərazidən çəkilən  görüntüləri yayıb. Vəhşi heyvan onun qolunu qoparıb və daxili orqanlarının bir hissəsini yeyib.



Tural

Избранный
1
news365.az

1Источники