RU

Beyləqanda ağır qəza: 6 nəfər xəstəxanalıq oldu

Beyləqanda ötən gün ağır qəza olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəza rayonun Daşburun qəsəbəsi ərazisində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ-21015" markalı avtomobillə toqquşub.
 

Nəticədə sürücülər - 1995-ci il təvəllüdlü Qəhrəman Qurbanov, 2003-cü il təvəllüdlü Hüseyn Bəndalızadə, eləcə də sərnişinlər - Taleh Xəlilzadə, Murad Məmmədov, Sülhəddin Quliyev və Ravin Əliyev müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.


Yaralılardan dörd nəfəri Füzuli rayon sakini, iki nəfəri isə Beyləqan rayon sakini olduqları bildirilir.

Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır.

Bizim.Media

Избранный
8
bizim.media

1Источники