RU

Qusarda kürəkən keçmiş qayınatasını bıçaqladı

Qusarda kürəkən keçmiş qayınatasını bıçaqlayıb.

Ucnoqta.az xəbər verir ki, Qusarın Muncuqoba kəndində cinayət hadisəsi baş verib.

Belə ki, əslən Muncuqoba kəndindən olan, hazırda Bakı şəhərində yaşayan Ali Şıxbabayev keçmiş qayınatası Rövşən Mustafayevi döş qəfəsindən bıçaqlayıb.

Yaralı R. Mustafayev Qusar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Keçmiş kürəkənin qayınatasını aralarında yaranmış şəxsi mübahisə zəminində bıçaqladığı deyilir.

Faktla bağlı araşdırma başlanılıb. 

Избранный
4
13
ucnoqta.az

10Источники