RU

"Zəngəzur dəhlizi açılır və regionda təxribatların qarşısı alınır" Politoloq

"Ermənistan rəhbərliyi  tələsik yarımçıq sülh müqaviləsi imzalayaraq növbəti parlament seçkilərində Paşinyanı qalib etməyi hədəfləyir. Vaxt qazanaraq ordunun gücləndirilməsi, Qərblə Rusiyanın münasibətləri düzələndən sonra isə Minsk qrupunu Qafqaza qaytarmağı hədəfləyir. "

Politoloq Zaur Məmmədov bunu feysbuk səhifəsində paylaşıb. 

"Yaxın 6 ay ərzində müharibə riski, Paşinyanın bilərəkdən sərhəddə eskalasiyaya getmək ehtimalı da var. Bu arada, Ermənistan daxilində ARABO terrorçuları, Qarabağ separatçıları revanşizm haqqında getdikcə daha tez - tez çıxış edirlər, eyni zamanda, keçmiş nazirlərin də Azərbaycan ilə sülh müqaviləsi bağlanmasına qarşı çıxdıqları məlumdur. Bundan başda, sputnik görüntüləri Ermənistan ordusunun çərti sərhədlərə hərbi texnika yığdığını və istehkamlar qurduğunu göstərir. Sülhü istəyən bu addımları atmazdı.

Çıxış yolu nə qədər gec deyil var. Zəngəzur dəhlizi açılır və regionda gələcəkdə ehtimal olunan təxribatların qarşısı alınır."

Избранный
11
news365.az

1Источники