RU

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

Martın 12-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 23 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. 

News365.az xəbər verir ki, axtarışda olduğuna görə ümumilikdə 128, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 40, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.


Избранный
10
49
news365.az

10Источники