Çempionlar Liqasının 1/8 final mərhələsində “Brügge”ni üstələyən “Aston Villa” (3:1, 3:0) mübarizəni davam etdirib.
Msport.az xəbər verir ki, İngiltərə klubu XXI əsrdə ilk dəfə bu turnirin 1/4 finalına yüksəlib.
“Aston Villa” Çempionlar Liqasının 1/4 finalına sonuncu dəfə 1982-83 mövsümündə çıxmışdı. Həmin vaxt ingilis klubunu bu mərhələdə “Yuventus” dayandırmışdı. Birmingemlilər 42 illik həsrətə son qoyublar.
Unay Emerinin yetirmələr 1/4 finalda PSJ ilə qarşılaşacaq. Oyunlar 8-9 və 15-16 aprel tarixlərində keçiriləcək.