RU

Qırğızıstan və Tacikistan arasındakı keçid məntəqələri 2021-ci ildən bağlanıb: yenidən açılır

Qırğızıstan və Tacikistan arasında 2021-ci ildən bağlı olan keçid məntəqələri yenidən fəaliyyətə başlayacaq.

Editor.az xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sadir Coparovun administrasiyası məlumat yayıb. Qırğızıstan Rəyasət Heyətindən verilən açıqlamada bildirilib ki, Qırğızıstan prezidenti Sadır Caparov və Tacikistan prezidenti Emomali Rəhman bu gün, martın 13-də ölkələr arasında sərhədin açılışını videobağlantı vasitəsilə izləyəcəklər.

Daha əvvəl Qırğızıstan və Tacikistanın ümumi sərhədlərinin müəyyən edilməsi haqqında saziş imzaladığını bildirilmişdi.

//Gülnarə Abasova, Editor.az

Избранный
2
editor.az

1Источники