Astarada avtomobil piyadanı vuraraq öldürüb.
Leqal.info xəbər verir ki, rayonun Ojakəran kənd sakini 1996-ci il təvəllüdlü Röyal Kazımzadənin etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz C-klass" markalı avtomobili ilə rayonun S.Vurğun küçəsi ilə hərəkət edərkən, həmin küçə istiqamətində yolu keçən 1976-ci il təvəllüdlü Ərçivan qəsəbəsi sakini Fuad Nuriyevi vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта