RU

Türkiyənin “Koç Holding”i Azərbaycandakı şirkətinin mövqeyini gücləndirir

Türkiyənin “Koç Holding”nin Azərbaycandakı fintex şirkəti “Token Azərbaycan” MMC-nin nizamnamə kapitalı artırılıb.

Banker.az xəbər verir ki, “Odero” brendi ilə çıxış edən şirkətə sonunu əməliyyat zamanı 750 000 avro və ya 29.2% əlavə maya qoyulub.

Bununla da, “Token Azərbaycan”in 2 570 000 avrodan 3 320 000 avroya qaldırılıb.

“Token Azərbaycan” MMC Fortune Global 500 siyahısına daxil olan “Koç” holdinqin fintex şirkətidir. Şirkət “Odero” markası adı altında ekvayrinq və elektron ticarət həllərini təqdim edir.

Azərbaycan Respublikasının ilk lisenziyalı ödəniş təşkilatı olaraq Mərkəzi Bank tərəfindən təqdim edilmiş 16.05.2024-cü il tarixli, ÖT-001 saylı lisenziya əsasında fəaliyyət göstərir.

1964-cü ildə Vehmi Koç tərəfindən yaradılmış ?Koç? ümumiyyətlə Türkiyənin ən böyük biznes strukturu sayılır. İllik gəliri 21.6 milyard dollar olan ?Koç Holding?də 115 min nəfərdən artıq insan çalışır. Holdinq Türkiyənin dünyada tanınan əksər markasının sahibidir, bura ?Beko?, ?Tofaş?, ?Arçelik?, ?Grundig?, ?Türk Traktör ve Ziraat Makinaları? və başqa onlarla marka və şirkət aiddir.

Xatırladaq ki, ?Koç? holdinqin Azərbaycanda daha bir törəmə təşkilatı (İtaliyanın ?UniCredit? bankının birgə)- ?Yapı Kredi Azərbaycan? QSC-dir.

Избранный
4
banker.az

1Источники