RU

FHN-dən dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə MÜRACİƏT

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi dumanlı hava şəraiti ilə əlaqədarkiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib.

Trend xəbərverir ki, Nazirliyin müracitində bildirilib:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkəərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, ocümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonuistiqamətlərində dənizdə görünüş məsafəsinin 50-500 metr təşkiledəcəyi proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyikiçikhəcmli gəmi istifadəçilərinə müraciət edərək təhlükəsizliyintəmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmligəmilərin istismarının qadağan olduğunu xatırladır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!"

Избранный
8
26
az.trend.az

10Источники