RU

Qırğızıstan və Tacikistan arasında TARİXİ SAZİŞ – 100 illik münaqişə belə sona ÇATDI – VİDEO

Qırğızıstan və Tacikistan prezidentləri Sadır Japarov və Emoməli Rahmon Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası və demarkasiyası haqqında Müqavilə imzalayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Qırğızıstan KİV-i məlumat yayıb.

Qeyd edək ki, 21 fevral 2025-ci ildə Bişkekdə Qırğızıstan-Tacikistan sərhədinin delimitasiyası haqqında sənəd imzalanıb. Onilliklərdir davam edən sərhəd mübahisəsini həll edən sənədi hər iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov imzalayıblar.

Xatırladaq ki, Qırğızıstanla Tacikistan arasında 972 kilometrlik sərhəd olduqca mürəkkəbdir. Belə ki, 100 il əvvəl, 1924-cü ildə Orta Asiyanın ayrı-ayrı dövlətlərə bölünməsindən sonra çəkilən sərhəd xətti bir çox ərazilərdə hətta evləri belə ikiyə bölüb. Üstəlik, etnik və iqtisadi amillərin də nəzərə alınmaması ciddi narazılıqların yaranmasına gətirib çıxarıb.

SSRİ dağıldıqdan sonra isə Qırğızıstan və Tacikistan arasında sərhəd münaqişəsi səbəbindən mütəmadi toqquşmalar baş verib. Sonuncu dəfə 2022-ci ildə baş verən qarşıdurmalarda ümumilikdə 200-dən çox insan həyatını itirib.


Bizim.Media

Избранный
8
bizim.media

1Источники