RU

Pakistanda antiterror əməliyyatı zamanı 30 terrorçu məhv edilib

Pakistan ordusu Bəlucistan əyalətində terrorçulara qarşı əməliyyatın başa çatdığını elan edib.

İki sahil” “Geo News”a istinadla xəbər verir ki, bu barədə Pakistan Ordusunun Xidmətlərarası İctimai Əlaqələr Departamenti (ISPR) sərnişin qatarına edilən hücumla bağlı açıqlamasında qeyd edilib.

"Terrorçuların zərərsizləşdirilməsi və sərnişinlərin azad edilməsi əməliyyatı başa çatıb", - məlumatda deyilir.

Ordu qatara hücum edənlərin hamısının zərərsizləşdirildiyini açıqlayıb.

Xatırladaq ki, martın 12-də Pakistanın Bəlucistan əyalətində təxminən 450 nəfərin olduğu qatara silahlı hücum edilib. Qatar Kvettadan Pişəvərə doğru gedirmiş.

Hücumu “Bəlucistan Azadlıq Ordusu” təşkil edib. Rəsmilər yaraqlıların çoxlu sərnişini girov götürdüyünü bildirib.

Qeyd edilib ki, qatarın dayandığı dağlıq ərazi şübhəlilərin hücumu planlaşdırmasını asanlaşdırıb.

Təhlükəsizlik rəsmiləri terrorçuların qadın və uşaqları canlı qalxan kimi istifadə etdiyini təsdiqləyib.

Pakistan ordusundakı mənbələr hadisəni “terror hücumu” adlandırıb.

Mənbələr hərtərəfli əməliyyatın keçirildiyini və 30 terrorçunun zərərsizləşdirildiyini açıqlayıblar.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Избранный
5
ikisahil.az

1Источники