RU

Fernandu Santuşdan legioner limitinin ləğvinə münasibət

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Misli Premyer Liqasında legioner limitinin ləğv olunmasına münasibət bildirib.

İdman.biz xəbər verir ki, portuqaliyalı mütəxəssis bu gün təşkil olunan mətbuat konfransında AFFA-nın İcraiyyə Komitəsinin limitlə bağlı qərarı barədə fikirlərini bildirib.

Onun sözlərinə görə, bu dəyişikliyin təsiri sonradan göstərəcək: "Bunun nə qədər faydalı olacağını görmək üçün zaman lazımdır. Təkcə legioner limiti ləğv olunmayıb, həm də komanda ayı artırılıb. Nəticəni qarşıdakı aylarda görəcəyik".

Qeyd edək ki, Misli Premyer Liqasında 2025/26 mövsümündən legioner limiti tətbiq olunmayacaq.

İdman.biz

Избранный
3
2
idman.biz

4Источники