RU

"Vəfa Şərifovanı toya aparanlar əxlaqsızlardır" - Afət Fərmanqızıdan şok sözlər

Müğənni Afət Fəmanqızı sosial mediada həmkarı Vəfa Şərifova haqqında kəskin ittihamlar səsləndirib. O, Şərifovanı şəxsi həyatını şouya çevirməkdə və əxlaqsız davranışlarda ittiham edib.


News365.az xəbər verir ki, bu barədə Afət Fəmanqızı sosial media hesabında video paylaşıb. Onun iddiasına görə, Vəfa Şərifova övladını manipulyasiya edərək bir kişinin diqqətini çəkməyə çalışır:


"Uşağının sinəsinə kişinin şəklini qoyur, onun videosunu çəkib həmin adama göndərir ki, 'bax, sənin şəklinlə yatıb, ata deyə-deyə göz yaşı töküb'. Sonra da 400 kilometr uzaqdan gecə maşına minib onun yanına gedir”, - deyə Fəmanqızı bildirib.


O, həmçinin Vəfa Şərifovanın ailəsinə qarşı da hörmətsizlik etdiyini iddia edib:


"Evində həyat yoldaşına başqa bir bəhanə gətirir ki, guya Bakıya işi çıxıb. Halbuki məqsədi tamam başqadır. Hər dəfə başqa bir bəhanə ilə həmin kişinin yanına gedir" , - o əlavə edib.


Afət Fəmanqızı, həmçinin Vəfa Şərifovanın toy və digər tədbirlərdə iştirakı barədə də sərt fikirlər səsləndirib:


"Belə insanları baykot etməliyik. Mən hər kəsə sübut edə bilərəm ki, onu toylara dəvət edənlər əxlaqsızlardır. Mənimlə oyun oynayan hər kəs cavabını alacaq. Sən mənə toxunarsansa, mən də açıb sandığı tökərəm", - deyə müğənni vurğulayıb.


Qeyd edək ki, Afət Fəmanqızı və Vəfa Şərifova arasında uzun müddətdir ki, gərgin münasibətlər mövcuddur. Hələlik Vəfa Şərifova bu ittihamlara cavab verməyib.



Избранный
2
news365.az

1Источники