AzVision.az İsrail mediasına istinadən xəbər verir ki, ABŞ prezidenti İrlandiyanın baş naziri Mixol Martinlə keçirdiyi birgə mətbuat konfransında belə bəyanat səsləndirib.
“Biz İsraillə razılığa gəlmək üçün çox çalışırıq. Mən əsirlikdən sağ çıxan səkkiz israilli ilə görüşdüm. Həmas yaraqlılarının heç biri əsirlikdə olarkən onlara xoş münasibət göstərməyib. Dünyanın 7 oktyabrda HƏMAS-ın İsrailə hücumunun nə qədər dəhşətli olduğunu müzakirə etməməyə üstünlük verməsi hiddət doğurur”,- İsrail və HƏMAS arasındakı danışıqların gedişi ilə bağlı sualın cavabında DonaldTramp deyib.
İrlandiyanın baş naziri Mixol Martin də, öz növbəsində, Qəzzada atəşkəs və orada qalan bütün girovların azad edilməsinə çağıraraq, Qəzzaya yardım göndərilməsinin zəruri olduğunu vurğulayıb.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта