RU

Albaniya Azərbaycanla tərəfdaşlıq münasibətlərini gücləndirməyə hazırdır -

 

Albaniya Azərbaycanla tərəfdaşlığı gücləndirməyə hazırdır.

Missiya.Az xəbər verir ki, bu barədə Albaniya Prezidenti Bayram Beqay bu gün XII Qlobal Bakı Forumunun açılışında bildirib.

"Coğrafi uzaqlığa baxmayaraq, Azərbaycan və Albaniya arasında sıx və dostluq münasibətləri mövcuddur. Albaniyanın Prezidenti kimi, hər iki xalqın rifahı naminə bu dostluğu və tərəfdaşlığı gücləndirməyə hazır olduğumu bildirirəm", - o qeyd edib.

Qeyd edək ki, martın 13-15-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.

Foruma 400-ə yaxın nüfuzlu siyasətçi, Nobel mükafatı laureatı, alim və ekspert iştirak qatılıb.

XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur.

Избранный
16
1
missiya.az

5Источники