“Azərbaycanla dəhliz məsələsi həllini tapmayıb. Hər iki ölkənin bu problemin həllinə yanaşmaları əhəmiyyətli dərəcədə fərqlidir”. Tribunainfo.az bildirir ki, bunu ekspert Arman Qriqoryan deyib.
Onun sözlərinə görə, Rusiya hələ də Ukrayna ilə məşğuldur və Cənubi Qafqazda yeni eskalasiya baş verəcəyi təqdirdə hələ də fəal şəkildə müdaxilə etməkdə çətinlik çəkəcək.
Qriqoryan vurğulayıb ki, Ermənistan dəhliz variantından imtina edir. “Bu halda ruslar təhlükəsizliyə nəzarət etməli olacaqlar”.